Bakı. Trend:
“Sutikinti” İdarəsi üçün bir sıra mal-materiallar satınalınacaq.
Trend xəbərverir ki, materialların satın alınması Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su TəchizatıXidməti tərəfindən həyata keçiriləcək.
Artıq qurum bununla bağlı işləri yekunlaşdırıb və materiallarıtəhvil verəcək şirkəti seçib.
Belə ki, qurum sözügedən işlərin icrasını “Tatoğlu-Az BetonKonstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib vəonunla dəyəri 461 min manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, bir müddət öncə “Sutikinti” müəssisəsi adını vətəşkilati-hüquqi formasını dəyişdiyini elan etmişdi. Əlavə edək ki, müəssisə 2008-ci ildə “Azərsu”Açıq Səhmdar Cəmiyyətinin “Sutikinti” müəssisəsi kimi dövlətqeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 423 420 manat olanmüəssisənin qanuni təmsilçisi isə İmanlı Orxan Yasəf oğludur.
Xatırladaq ki, 2023-cü ilin martında Azərbaycan RespublikasıFövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyininəsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və SuTəsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdəAgentliyin tabeliyinə verilib.
Materialları quruma təhvil verəcək şirkət haqqında da bir sıraməlumatları diqqətinizə çatdıraq. Məlumata görə, “Tatoğlu-Az BetonKonstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2014-cü ildə“Evrostroy Beton Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti kimidövlət qeydiyyatına alınıb.Bir il sonra isə şirkət rebrendinqedərək indiki adını alıb. Nizamnamə kapitalı 1000 manat olanMMC-nin qanuni təmsilçisi isə Abdulhəmidov Ayaz Abdulhəmidoğludur.