AZ

TDT-nin Baş katibi: Sərhədlərarası ticarət çətinliklərlə üzləşir

Türk dünyası elektron yük daşımaları baxımından önəmli coğrafiyadır.

"APA-Economics" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Omuraliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

Baş katib qeyd edib ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət, artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla çətinliklərlə üzləşir.

Onun sözlərinə görə, bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Türk Dünyasına Baxış 2040 strateji sənədimizə uyğun olaraq, TDT üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. "Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli rəqəmsallaşdırılmanın başladılması ilə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik", - o qeyd edib.
Seçilən
10
9
sherg.az

10Mənbələr