Ötən il Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Teleqraf.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü il ilə müqayisədə 9,5 mln. kVt·st çoxdur.
Zavod 2012-ci il 19 dekabrdan fəaliyyət göstərir. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantı təşkil edən zavodun idarəetməsi hazırda Fransanın PAPREC Enerji Azərbaycan şirkəti tərəfindən həyata keçirilir.
Müəllif: Bəkir Nərimanoğlu