AZ

Qazaxıstan tərəfi ilkin hesabatdan əvvəl əsaslanmayan versiyaları şərh etməyəcək

Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

O da vurğulanıb ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq.

Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyi də bəyan olunub.

Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.

Seçilən
4
10
herbiand.az

10Mənbələr