AZ

Azərbaycanda ötən il yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb

Azərbaycanda ötən il yaşıl elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st olub.

FED.az xəbər verir ki, ötən il ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda (İES) 24 543,2 mln. kVt·st, Su Elektrik Stansiyalarda (SES) 3 011,0 mln. kVt·st, digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt·st artaraq 3 850,9 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,6 mln. kVt·st (İES-lərdə 22 322,9 mln. kVt·st, SES-lərdə 2 815,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 mln. kVt·st (İES-lərdə 253,4 mln. kVt·st, SES-lərdə 176,2 mln. kVt·st, GES-də 60,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 726,6 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 1 397,5 mln. kVt·st, idxalı isə 170,5 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 466,4 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 mln. kVt·st, idxalı isə 10,6 mln. kVt·st təşkil edib.

Seçilən
6
11
fed.az

10Mənbələr