AZ

TDT Baş katibi: "Sərhədlərarası ticarət bir sıra çətinliklərlə üzləşir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr də daxil olmaqla bir sıra çətinliklərlə üzləşir".
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının gömrük xidməti rəhbərlərinin onuncu iclasında TDT Baş katibi Kubaniçbek Omuraliyev deyib.
Onun sözlərinə görə, bunun həlli regionun iqtisadi dayanıqlılığı və inkişafı üçün əhəmiyyətlidir:
"Türk Dünyasına Baxış 2040" strateji sənədimizə uyğun olaraq, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqik. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli şəkildə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik".
Aləmdə Nəsib
Seçilən
3
oxu.az

1Mənbələr