AZ

Ruslar Ukraynanın bu şəhərini yerlə-yeksan etdi

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 89 hərbi sursat və 43 pilotsuz uçan aparatdan istifadə etməklə Belqorod vilayətinin 9 rayonuna hücum edib.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, regionun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Krasnoyarsk vilayətində səkkiz hücum zamanı Prilesye kəndi, Vyazovoye, Qrafovka, Demidovka, Kolotilovka, Popovka və Starosele kəndlərinə 36 mərmi atılıb, 12 pilotsuz uçan aparat vasitəsilə zərbələr endirilib. Yaşayış olmayan bina və müəssisə anqarına ziyan dəyib”, - deyə o yazıb.

Vyaçeslav Qladkovun sözlərinə görə, Volokonovski rayonunun beş yaşayış məntəqəsinə 24 mərmi atılıb, 8 pilotsuz uçuş aparatı istifadə edilib, 2 fərdi yaşayış evi, ticarət obyekti, qaz və elektrik xətləri zədələnib. Qrayvoron rayonu ərazisinə 13 mərmi atılıb. Şebekinski rayonuna beş sursat və beş pilotsuz təyyarə ilə hücum edilib, şəxsi evlərə ziyan dəyib.

Belqorod və Borisovski rayonlarına 11 hərbi sursat və 8 PUA-dan atəş açılaraq minik avtomobilinə, pəncərələrə, fərdi evin divarına və hasarına ziyan dəyib.

Aytac,

Sitat.info

Seçilən
9
sitat.info

1Mənbələr