AZ

Azərbaycan iqtisadi və strateji güc mərkəzinə çevrilib- ÖZƏL

"Prezident İlham Əliyev nəinki Azərbaycanın milli maraqlarını qorumaq üçün qətiyyətli addımlar atır, həm də beynəlxalq aləmdə ölkəmizin mövqeyini gücləndirmək üçün böyük səylə çalışır". "Olaylar"ın məlumatına görə, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: " Onun balanslı və müdrik siyasəti nəticəsində Azərbaycan bölgədə sabitliyin təminatçısına, iqtisadi və strateji güc mərkəzinə çevrilir. Bu arada dövlət başçısının yerli telekanallara verdiyi müsahibə həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesaj oldu. Azərbaycan xalqı belə müdrik, uzaqgörən və prinsipial liderlə fəxr edir. Onun ətrafında sıx birləşərək, dövlətimizin daha da güclənməsi üçün hər zaman hazırdır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr