AZ

Uğur qazanmaq üçün varlı ailədə doğulmaq şərtdir? - MÜNASİBƏT BİLDİRİLDİ

“İnsanların doğuşdan şanslı, uğurlu olmasını bəzən doğulacağı varlı ailə ilə ölçürlər. Yəni o varlı ailədə doğulub, əvvəldən şans və bəxt üzərində oturublar, lakin bu əsla belə deyil. “Milyonçunun dilənçi oğlu” adlı əsər də var. Pulu qazanmaq asandır, amma onu xərcləmək çətin olduğundan insanlar bunu necə edəcəyini anlamadığı halda özlərini uğurlu vəziyyətdən uğursuz adlandırmağa başlıyırlar”. Bu sözləri psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında deyib.

Psixoloq həmçinin qeyd edib ki, insanlar müəyyən yaşa gəlib çatdıqda düşünürlər ki, mən qara palasaya düşmüşəm və nə edirəmsə, hansı işə əl atıramsa alınmır: “Deməli burada insan öz zəhmətini, potensialını, əziyyətini o işə yönəldə bilmədiyinə görə həmin yerdə uğursuzluğa doğru addım atır. Təcrübəmizə, praktik insanların bizə etibar edib danışdığı söhbətlərə əsasən bu nəticəyə gəlmək olar ki, insanın şansı da, uğuru da Allah tərəfindən verilib, yəni həmin xüsusiyyətlərə görə sən bu ailədə doğulmusan. Yetəri qədər ağıllı olmalısan ki, sənə Allahdan verilən şansdan istifadə edib qazandığın uğurlarla gəlcəyə öz möhürünü vura biləsən. Odur ki, uğur da, şans da doğuşdan gəlsə belə onu ağlından istifadə edərək sona çatdırmaq zəhmət tələb edir”.

Müəllif: Xeyrənsə Piriyeva
Seçilən
11
sia.az

1Mənbələr