AZ

Pensiyalar neçə faizlə indeksləşdirilib artırılacaq?

Bakı. Trend:

Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə,2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əməkhaqqı 8.0 faizartaraq, 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekunəməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. “ƏməkPensiyaları” haqqına Qanuna əsasən isə, bütün növ əmək pensiyalarıəvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraqartırılır.

Trend xəbər verir ki, bu sözləri Milli Məclisindeputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabındayazıb.

O qeyd edib ki, indeksləşdirmə nəticəsində 1 milyon 100 minvətəndaşımızın pensiyalarında artımlar olacaq.

"Bu artımların ödənilməsi məqsədilə əlavə təxminən yarım milyardmanat vəsait nəzərdə tutulub. İndeksləşdirmə bütün növ əməkpensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub.Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası vəailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli,vətəndaşımız növündən asılı olmayaraq, əmək pensiyası alırsa, onunpensiya məbləğinə artım hesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilingöstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-idaxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşlarınpensiyaları artırılacaq.

Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinəuyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əməkpensiyalarının sığorta hissəsi, qulluq stajına görə əməkpensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdəhəmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır.

Qeyd edək ki, 2024-cü ildə orta aylıq əməkhaqqında artımla bağlırəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçünindeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdəödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarənalacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayınınpensiya məbləğinə əlavə olunacaq", - deyə V.Bayramov bildirib.

Məqalədə:
Seçilən
8
43
az.trend.az

10Mənbələr