AZ

Azərbaycan IJF-nin dörd nominasiyasında ilk "üçlük"dədir

Azərbaycan 2024-cü ilin nəticələrinə əsasən, Beynəlxalq Cüdo Federasiyasının (IJF) dörd nominasiyasında ilk "üçlük"də yer alıb.

İdman.biz xəbər verir ki, “İlin cüdoçusu” sorğusunda bir mövsümdə Olimpiya, dünya və Avropa çempionu olan Hidayət Heydərov ən yaxşı üç idmançı arasındadır.

“İlin məşqçisi” adına namizəd olan kişilərdən ibarət millinin məşqçisi Rixard Trautman da ilk "üçlük"dədir.

Gənclər arasında dünya çempionu Nihad Məmişov “Yüksələn ulduz” nominasiyasında ən yaxşı üç cüdoçu arasındadır.

“Uşaqlar üçün cüdo” nominasiyasında namizədlər arasında Azərbaycan Cüdo Federasiyasının “Adaptiv cüdo” layihəsi də var.

Dünya cüdosunda ilin qalibləri mükafatlarını fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində alacaqlar.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr