AZ

Bill Klinton, Corc Buş və Barak Obama Donald Trampın ziyafətində iştirak etməyəcək

ABŞ-ın keçmiş liderləri Bill Klinton, Corc Buş və Barak Obama yanvarın 20-də Donald Trampın andiçmə mərasiminə həsr olunmuş ziyafətdə iştirak etməyəcək.

Editor.az bildirir ki, bu barədə NBC xəbər verir. Məlumata görə, Barak Obama və Bill Klinton müvafiq dəvətlər alıblar. Lakin Corc Buşun nümayəndələri dəvəti görmədiklərini bildiriblər. Bundan başqa, inauqurasiya naharına keçmiş dövlət katibi Hillari Klintonun da dəvət edildiyi məlum olub. Lakin o, tədbirdə iştirak etməyi planlaşdırmır.

ABŞ-ın üç keçmiş prezidenti şam yeməyində iştirak etməsələr də, Donald Trampın yanvarın 20-də də baş tutacaq andiçmə mərasimində iştirak edəcəklər.

//Samir Qurbanov, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr