Almaniya Federal Müdafiə Nazirliyi rəsmi X hesabında son paylaşımını edib.
Turkustan.az xəbər verir ki, Almaniya Federal Müdafiə Nazirliyi, dünyanın ən varlı adamı və X adlı sosial media platformasının sahibi İlon Maskın X sosial media hesabını dayandırdığını və bu gündən etibarən bu hesabdan paylaşım etməyəcəyini açıqladı.
Postda "Hörmətli izləyicilər, X hesabımızı növbəti bildirişə qədər dayandırırıq və bundan sonra aktiv olaraq heç bir şey paylaşmayacağıq. Burada obyektiv dialoq qurmaq getdikcə çətinləşdiyi üçün bu addımı atmağa qərar verdik"-deyə, bildirilib.
"Sizi gələcəkdə yeni Whatsapp kanalımızda bizi izləməyə dəvət edirik. Biz gələcəkdə dezinformasiya kampaniyaları kimi müstəsna hallarda X-ə cavab vermək hüququmuzu özümüzdə saxlayırıq"-deyə, yazıda deyilir.
Nazirliyin rəsmi saytında verilən qərarla bağlı açıqlamada deyilir ki, "Bir şey aydındır ki, bir sosial media kanalı bir nazirliyin bütün kommunikasiya ehtiyaclarını ödəyə bilməz. Fərqli ünsiyyət üslubları və yayım kanallarına üstünlük verilməyə davam ediləcək".
Açıqlamada o da paylaşılıb ki, Nazirlik tərəfindən yayımlanan mətbuat şərhləri ilə yanaşı, mövcud Instagram hesabı və Youtube kimi digər sosial media platformalarında da bəzi elanlar və paylaşımlar davam edəcək.
Aytən Yaşar/ Turkustan.az