AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Cəbrayıl. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinənövbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınanailələr doğma yurdlarına qovuşub.

Trend-inbölgə müxbiri xəbər verir ki,​ Cəbrayıl şəhəri bugün 32 ailəolmaqla 153 nəfərə qucaq açıb.

Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğmayurduna qovuşub. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayılşəhərində yaradılan gözəlliyi seyr ediblər.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısıilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin, Cəbrayıl şəhərində dövlətimizin başçısınıngöstərişi əsasında yenidən tikilən binalarda məskunlaşması üçünbütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.

Seçilən
4
12
az.trend.az

10Mənbələr