“Rəqəmsal İD” vətəndaşın şəxsiyyətini eyniləşdirən rəqəmsal vasitə tətbiq ediləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Konsepsiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və aidiyyəti qurumlar 2025-2027-ci illər ərzində bütün ölkə vətəndaşları üçün şəxsiyyəti eyniləşdirən sənədlərin Rəqəmsal İD həllində təqdim edilməsini təmin etməlidir.