AZ

İran prezidenti Məsud Pezeşkian Tacikstan paytaxtındadır

İran prezidenti Məsud Pezeşkian yüksək səviyyəli nümayəndə heyəti ilə əvvəl Düşənbəyə gəli.

Bu, İİR rəhbərinin Tacikistan və Rusiyaya rəsmi səfərinin birinci mərhələsidir. İranın İRNA agentliyi xəbər verir ki, Düşənbə hava limanında İran liderini şəxsən Tacikistan Prezidenti Emoməli Rəhmon qarşılayıb. Pezeşkian Tacikistan paytaxtının Samani meydanında İsmayıl Səmaninin abidəsi önünə əklil qoyub.

Bu gün səhər rəsmi qarşılanma mərasimindən sonra İran prezidenti tacikistanlı həmkarı ilə mühüm ikitərəfli regional və beynəlxalq məsələləri əhatə edəcək danışıqlar aparacaq.

//Samir Qurbanov, Editor az

Seçilən
1
editor.az

1Mənbələr