AZ

Məlumat açıqlandı: Türkiyənin ən istisi ilə ən soyuqu arasında 82 dərəcə fərq!

Türkiyədə 2024-cü ildə baş verən meteoroloji qeydlər açıqlanıb. Ötən il Türkiyədə ən yüksək temperatur 47,8 dərəcə ilə Şanlıurfada, ən aşağı temperatur isə 34,3 dərəcə şaxta ilə Ərdahanda qeydə alınıb.

Sherg.az xəbər verir ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi 2024-cü ildə Türkiyədə baş verən meteoroloji hadisələri açıqlayıb.

Müvafiq olaraq, keçən il ən isti gün iyunun 20-də Şanlıurfanın Ceylanpınar rayonunda 47,8 dərəcə, ən soyuq gün isə fevralın 29-da 34,3 dərəcə şaxta ilə Ardahanın Göle rayonunda qeydə alınıb.

Gündəlik ən çox yağıntı fevralın 13-də hər kvadratmetrə 297,7 kiloqramla Antalya-Kəpəzdə düşüb. Ötən il martın 6-da Vanın Bahçesaray rayonundakı Karabet təpəsində ən yüksək qar qalınlığı 247 santimetrlə ölçülüb.

Məlumata görə, ötən ilin ən sürətli küləyi dekabrın 28-də saatda 153,4 kilometr sürətlə Trabzonda qeydə alınıb.

Keçən il dəniz suyunda ölçülən ən yüksək temperatur avqustun 15-də Adanada Karataş Balıqçılıq Sığınacağı Ana Dalgakıran Mayak Stansiyasında 32,9 dərəcə olaraq qeydə alınıb.

Ən aşağı dəniz suyunun temperaturu 22 yanvarda Mərmərə Ereğlisi Balıqçılıq Sığınacağı Dalgakıran Mayak Stansiyasında 7 dərəcə ilə ölçülüb.
Seçilən
0
sherg.az

1Mənbələr