AZ

Oluvaseun Timilehin “Sabah”ı “İmişli”yə dəyişdi

“Sabah”ın nigeriyalı hücumçusu Oluvaseun Timilehin Azərbaycan Premyer Liqasında mübarizə aparan paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu Birinci Liqa təmsilçisi “İmişli”yə keçib.

Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Nigeriyalı hücumçu “İmişli”də bu mövsümün sonuna kimi icarə əsasında forma geyinəcək.

Xatırladaq ki, Oluvaseun Timilehin 2023-cü ilin avqust ayından “Sabah”ın uğurları üçün çalışır. O, daha çox paytaxt klubunun əvəzedici komandasında forma geyinib. Gənc hücumçu bu mövsüm əsas komandada 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Timilehin Nigeriyanın “Dino Sportinq” klubunun yetirməsidir.

Seçilən
16
arena.az

1Mənbələr