Ötən il ərzində Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,1 milyard manatlıq ərzaq məhsulları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu məbləğin 3 milyard 423 milyon manatını avtomobil benzini və dizel yanacağı tutub. Əvvəlki illə müqayisədə əhalinin benzin və dizel yanacağına xərclədiyi vəsait 11,7% və ya 360 milyon manat çoxdur.
2023-cü ildə əhalinin benzin və dizel yanacağına xərclədiyi vəsait 3 milyard 63 milyon manat olub.
Əvəz Həsənov