AZ

İngiltərədə dövlət xəstəxanalarındakı sıxlıq xidmətin keyfiyyətini aşağı salıb

İngiltərədə tibb bacıları xəstələrə dəhlizlərdə, anbarlarda, dayanacaqlarda və tualetlərdə qulluq etmək məcburiyyətində qalıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kral Tibb Bacısı Kolleci (RCN) Böyük Britaniyanın 5000-dən çox tibb bacısı arasında sorğu keçirib.

Sorğuda iştirak edən 10 tibb bacısından 10 tibb bacısından 7-si (66,8fazi) hər gün xəstəxanadakı sıxlığa görə xəstələrə uyğun olmayan yerlərdə xidmət göstərdiyini bildirib.

Bildirilir ki, xəstələrə yer çatışmazlığı səbəbindən dəhlizlərdə, anbarlarda, dayanacaqlarda və tualetlərdə qulluq edilir.

Kadr çatışmazlığı səbəbindən xəstələr saatlarla çirkli paltarda gözləməli olurlar.

Bəzi tibb bacıları xəstələr və onların ailələri tərəfindən təhqir edilb, silahla hədələnib və ya güllələnib.

RCN-nin baş katibi və baş icraçı direktoru Prof. Dr. Nicola Ranger hökumətin bu barədə təcili addımlar atmalı olduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Seçilən
3
e-huquq.az

1Mənbələr