Yanvarın 21-də planetlərin paradı olacaq.
Bu barədə Viral.az-a N.Tusi adına Şamaxi Astrofizika Rəsədxanasından məlumat verilib. Hadisə zamanı planetlər Yerdən baxıldıqda sanki bir xətt boyunca düzülmüş kimi görünəcəklər. Astronomiya həvəskarları üçün maraqlı olan bu hadisənin elmi əhəmiyyəti yoxdur, lakin vizual baxımdan olduqca cəlbedicidir.
Mars, Venera, Yupiter və Saturnu adi gözlə görmək mümkündür. Uran və Neptun isə adi gözlə çətin seçilir və onları kiçik teleskop vasitəsilə müşahidə etmək daha əlverişlidir. Paradı Günəş batdıqdan 1-2 saat sonra izləmək mümkün olacaq. Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Venera, Saturn və Neptun isə qərb hissəsində yerləşəcək. Merkuri Günəşdən bir az öncə batdığı üçün onu görmək mümkün olmayacaq.
Son Yazılar:
- Planetlərin paradı olacaq
- Prezident Afaq Məsudla bağlı sərəncam İMZALADI
- Prezidentdən Afaq Məsudla bağlı SƏRƏNCAM
Planetlərin səmadakı mövqeyini daha asan tapmaq üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.
Fevralın 28-də isə böyük parad baş verəcək. Bu dəfə Merkuri də sıralanmaya qoşulacaq və bütün planetləri gecə səmasında görmək mümkün olacaq. Mütəxəssislər müşahidə üçün martın ilk həftəsini ən əlverişli dövr kimi tövsiyə edirlər.