AZ

Rəqəmsal hökumət arxitekturası hazırlanacaq

Bakı. Trend:

Rəqəmsal hökumət arxitekturası hazırlanacaq.

Trend xəbər verir ki, bu, Prezident İlhamƏliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsalİnkişaf Konsepsiyası”nda əksini tapıb.

Sənədə əsasən, dövlət qurumlarında daxili inzibati proseslərinkeyfiyyətinin və əlçatanlığının artırılması, kağız daşıyıcılardaaparılan proseslərin rəqəmsal mühitə keçirilməsi, elektron imzanıntətbiqi, məlumat əsaslı qərar qəbul etməyə imkan verəcəkinfrastrukturun qurulması məqsədilə mövcud iş proseslərininoptimallaşdırılması zəruridir.

Formalaşdırılacaq dövlət məlumat “hövzəsi” böyükhəcmliməlumatların təhlili, proqnozlaşdırıcı modellərin yaradılmasınümunələrinin axtarışı üçün mənbədir.

Bu alqoritm prosesin bütün iştirakçılarına ani və müvafiqməlumatlar əldə etməyə, məlumatlar əsasında qərarlar qəbul etməyə,proqnoz verməyə, məlumat istehlakçısına sürətli və keyfiyyətlixidmətlər göstərilməsinə imkan verəcəkdir.

Dövlət qurumlarında formalaşdrılacaq Rəqəmsal hökumətarxitekturası qarşılıqlı fəaliyyət göstərərək məlumat axınını(G2G/G2E, G2B) təmin və idarə edə biləcək şəkildə təşkilolunmalıdır. Qurumlararası məlumatların mübadiləsi “ElektronHökumət İnformasiya Sistemi” (EHİS) üzərindən aparılmalı, əməliyyatsistemləri və platformalar arasında məlumatların inteqrasiyasızamanı qayda və standartlar təyin edilməli, dövlət əhəmiyyətliinformasiya sistemləri, ehtiyatları və məlumat bazaları “Hökumətbuludu”nda yerləşdirilməlidir. Müasir texnologiyalar uyğun rabitəvasitələrinin hazır və əlçatan olmasını tələb edir.

Xidmətdən istifadəyə uyğun olaraq, müxtəlif proqram dəstləritəyinatına görə çoxməqsədli rabitə və kommunikasiya növlərini (5G,LoRa, yüksəksürətli fiber xətləri və s.) tələb edə bilər. Hökumətvə biznes qurumlarının sözügedən rabitə və kommunikasiya növlərinitətbiq edə bilmələri üçün hüquqi baza və infrastruktur hazırvəziyyətə gətirilməli, investisiyaların cəlbi, təşviq və dəstəküçün müvafiq dövlət proqramları qəbul edilməlidir.

Rəqəmsal hökumət arxitekturasının bütün mərhələlərində vəməlumatların son istifadəçilərinə çatdırılmasında, müasirinformasiya təhlükəsizliyi qaydalarına (şifrələmə, müasiridentifikasiya üsulları, istifadəçilərin girişlərinin idarəedilməsi, məlumatların idarə edilməsi, məxfiliyin qorunması,kiberhücumlardan qorunma və s.) riayət olunmalıdır.

İKT landşaftının bütün səviyyələrinin və informasiyatəhlükəsizliyi komponentlərinin tətbiqi zamanı, ilk növbədə, yerliistehsala üstünlük verilməsi nəzərə alınmalı və stratejiperspektivdə ölkəxarici asılılıq minimuma endirilməlidir. 2023-cüildə ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən 74-cü BeynəlxalqAstronavtika Konqresində aparılan müzakirələrdə qabaqcıl peyktexnologiyası xidmətləri önə çəkilmişdir. Genişzolaqlı peykinternet xidmətinin təkrar satışı həyata keçiriləcək, peyk internetxidmətlərinin tərəfdaşı olaraq, ənənəvi və çox vaxt məhdudtelekommunikasiya infrastrukturlarının yaratdığı maneələri aradanqaldırmaqla, dənizdə və quruda qabaqcıl peyk texnologiyasıxidmətləri göstəriləcəkdir.

Dövlət xidmətlərinin sürətlə rəqəmsallaşmasını, emal olunanməlumatların həcminin çoxalmasını, artan fiziki və virtual servertələbatını nəzərə alaraq, “Hökumət buludu”nun arxitekturasında datamərkəzinin infrastrukturu genişləndiriləcək, Milli DataMərkəzlərinin layihələndirilməsi işləri aparılacaqdır. NaxçıvanMuxtar Respublikasında data mərkəzinin inşa edilməsi üçün müvafiqtexniki infrastruktur qurulacaqdır.

“Açıq məlumatlar” portalı təkmilləşdiriləcək, açıqlananməlumatlara təkrar istifadə icazələrinin (open licence) verilməsivə maraqlı tərəflərin portala qoşulması qaydalar və tələblərlədəstəklənəcəkdir.

Məlumatların arxitekturasının qurulması Rəqəmsal inkişafınzəruri komponentini təşkil edən rəqəmsal məlumatların hazırkı həcmivə dövlətin böyükhəcmli məlumatlara dair vahid strateji yanaşmanümayiş etdirməsi zərurəti nəzərə alınaraq, məlumatların idarəolunmasının (data governance) hədəflənən arxitekturası (çərçivəsi)formalaşdırılmalıdır.

Qurulacaq arxitektura məlumatların müxtəlif mənbələr arasında(dövlət qurumlarına məxsus informasiya sistemləri, biznesqurumlarının təqdim etdiyi məlumatlar, açıq məlumatlar, sosialşəbəkələr və s.) ötürülməsini və ölkədəki cari infrastrukturu(Milli Rəqəmsal Mübadilə şəbəkəsi, “Hökumət buludu” və s.) nəzərəalaraq, məlumat əsaslı qərar qəbuletmə imkanlarını təqdimetməlidir.

Seçilən
12
4
az.trend.az

5Mənbələr