Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.
Apasport.az xəbər verir ki, bu barədə o, "APA TV"yə açıqlamasında məlumat verib:
"Dünən ərizəmi yazmışam. Federasiyaya bu gün təqdim edəcəm. Bu o demək deyil ki mən kimdənsə üz döndərirəm. Ümmiyyətlə kin saxlayan insan deyiləm. Amma heç nəyi unutmuram. Özüm də qərara gəldim ki, federasiyadan ayrılım. Gələcəkdə necə olacağını bilmirəm".
Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Millimiz təlim-məşq toplanışına Göygöldə start verib
Boksçumuz Macarıstandakı turnirdə qalib olub
Azərbaycan çempionatına yekun vurulub
Azərbaycan çempionatında finalçılar müəyyənləşib
Azərbaycan çempionatında 7 çəki üzrə yarımfinalçılar bəlli olub