AZ

Cəbrayılda daha 32 ailəyə evlərin açarları təqdim olunub

Cəbrayıl. Trend:

Bugün növbəti köç karvanı ilə Cəbrayıl şəhərinə çatan ailələrəevlərinin açarları təqdim olunub.

Trend-in bölgə müxbiri xəbər verir ki, Cəbrayıla qədəmqoyan ailələr​ qarşılandıqdan sonra onlara ANAMA əməkdaşlarıtərəfindən, mina və partlamamış silah sursatların təhlükəsi barədəətraflı məlumat verilib.

Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları vəbelə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbərvermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində, Cəbrayıl, Qubadlı vəZəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusinümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.Ailələr​ sevinc hissi ilə açarları təhvil alıb və öz evlərindəməskublaşıblar. Köçürülən ailələrin, Cəbrayıl şəhərindədövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdəməskunlaşması üçün bütün şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30minə yaxın insan yaşayır.

Seçilən
11
13
az.trend.az

10Mənbələr