Bakı. Trend:
Türkdilli Dövlətlər Təşkilatının (TDT) üzv dövlətlərinin E-TIRinformasiya sisteminin yaradılması üzrə birgə səyləri,yükdaşıyıcıları üçün çoxsaylı imkanlar yaradacaq.
Trend xəbər verirki, bunu TDT gömrük xidməti rəhbərlərinin 10-cu iclasındaQazaxıstanın Maliyyə Nazirliyi nəzdində Dövlət Gəlirlər Komitəsininsədr müavini Kayrat Cumaqaliyev söyləyib.
O qeyd edib ki, qlobal iqtisadi əlaqələrin tamhüquqluiştirakçısı olaraq Qazaxıstan beynəlxalq tədarük zəncirinininkişafı və gömrük xidmətlərinin fəaliyyətində şəffaflığın vəeffektivliyin artırılması istiqamətində fəal tədbirlərgörməkdədir.
“Öz coğrafi mövqeyininin hesabına, Qazaxıstan Avropa ilə Asiyanıbirləşdirən tranzit ölkələrdən biri hesab olunur. Bizim dövlətinxarici iqtisadi siyasəti beynəlxalq inteqrasiya sərhədlərinin vəqlobal iqtisadi proseslərin genişləndirilməsinə yönəlib. Bir neçənüansı diqqətinizə çatdırmaq istərdim.
İlk növbədə E-TIR informasiya sisteminin gerçəkləşdirilməsi vəistismarının genişləndirilməsi TDT üzv-dövlətlərin yükdaşımalarının sadələşdirilməsi və tezləşdirilməsi baxımındanvacibdir. Əminəm ki, ölkələrimizin E-TIR informasiya sisteminin işəsalınması üzrə birgə səyləri yük daşınmaları üçün çoxsaylı imkanlaryaratmış olacaq”, - deyə Cumaqaliyev bildirib.