Bakı. Trend:
Tranzit portalın yaradılması üzrə proses yekunlaşıb və onungerçəkləşdirilməsi üçün “çərçivə sazişi” sənədi hazırlanıb.
Trend xəbər verirki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin BağırovTürkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca10-cu iclasında etdiyi çıxışda bildirib.
“Tranzit portalın yaradılması məqsədilə şərtlər hazırlanıb vədiplomatik kanallarla üzv dövlətlərə yönləndirilmiş hüquqi mexanizmtərtib olunub.
Qeyd etmək istərdim ki, tranzit portalın tərtibatı prosesindətürk dövlətləri o cümlədən, gömrük xidmətlərinin nümayəndələri fəalşəkildə iştirak ediblər. Bu məsələdə Gömrük Xidmətinin buprosesdəki rolunu xüsusi vurğulamaq istəyirəm. Azərbaycandan vədigər ölkələrdən, o cümlədən, Qazaxıstan, Qırğızıstan və başqadövlətlərdən olan mütəxəssislərin iştirakı sayəsində tranzitportalın tərtibatı prosesi yekunlaşıb.
Onun həyta keçirilməsi üçün “çərçivə sazişi” adını daşıyacaqsənəd yaradılacaq. Biz bu məsələyə xüsusi diqqət ayrılacağımıza vəgələcəkdə tranzit portaldan türk dövlətləri arasında qarşılıqlıticarətdə bir alət kimi istifadə edəcəyimizə ümid edirik”, - deyə obildirib.
Ş.Bağırov qeyd edib ki, bu portal ölkələrimiz arasında yükdaşınmalarının sadələşdirilməsinə, sürətləndirilməsinə vəşəffaflığının artırılmasına vasitəçilik edəcək.
“Bu məqsədə çatmaq üçün gömrük sistemində islahatlarınaparılması vacib rol oynayır. Gömrük prosedurlarınınsadələşdirilməsi, informasiya texnologiyalarının tətbiqi vəproseslərin rəqəmsallaşdırılması yükdaşımalarının sürətini vəeffektivliyini artırır. Azərbaycanın gömrük orqanlarıfəaliyyətlərinin beynəlxalq standardlara uyğunlaşdırılması vəmüasir çözümlərin tətbiqi üzərində işləri davam etdirir.”,-deyəsədr bildirib.