Dövlət Statistika Komitəsinin qurumun aparatının balansında olan xidməti minik avtomobilləri üçün 2025-ci il ərzində “Premium Avro 5” markalı benzinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi “Azpetrol LTD” MMC olub.
Məlumata görə, qalib şirkətə 25.670,4 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə