HAMAS atəşkəs və girovlarla bağlı razılaşmaya maneə törədir.

Leqal.info “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.

Netanyahunun ofisi HAMAS-ı son dəqiqə sövdələşməsində yeni tələblər irəli sürməkdə ittiham edib.

“Vasitəçilər HAMAS-ın razılaşmanın bütün detallarını təsdiqlədiyini elan edənə qədər İsrail Nazirlər Kabineti hökumət iclasının tarixini təyin etməyəcək”, - bəyanatda bildirilib.

Qeyd edək ki, İsrail hökuməti razılaşmanı təsdiqləməlidir.

Leqal.info