Türk Hava Yolları Türkiyə ilə Suriyanın paytaxtı Dəməşq arasında 13 il əvvəl kəsilən hava əlaqəsini bərpa edəcək.
Fins.az xəbər verir ki, bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Türk Hava Yolları həftədə Dəməşqə üç uçuş həyata keçirəcək. Ekschi bildirib ki, ilk uçuş yanvarın 23-də baş tutacaq.