AZ

Özbəkistan elektron sənəd mübadiləsinə keçid haqda sazişin layihəsini təklif edib

Bakı. Trend:

Özbəkistan Türkdilli Dövlətlər Təşkilatının üzv-dövlətləriarasında elektron sənəd mübadiləsinə keçid və malların daşınmasızamanı elektron sənədlərin qarşılıqlı olaraq tanınması üzrə sazişinlayihəsinin imzalanması məsələsini nəzərdən keçirməyi təklifedib.

Trend xəbər verir ki, buhaqda Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi nəzdindəDövlət Gömrük Komitəsinin sədri Akmalhoca Mavlonov TürkdilliDövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasıçərçivəsində çıxışı zamanı danışıb.

O, Özbəkistanın 5 noyabr 2024-cü il tarixində Asiya-Sakit Okeanregionunda sənədsiz ticarət prosedurlarının sadələşdirilməsi üzrəçərçivə sazişinin rəsmi üzvünə çevrildiyini xatırladıb.

“Bu sazişdə məqsəd sənədlərin rəqəmsallaşdırılması və onlarınqarşılıqlı tanınmasıdır. Azərbaycan və Qırğızıstan da qeyd edilənçərçivə sazişinin iştirakçılarıdırlar. Bu istiqamətdə əməkdaşlığındaha da dərinləşdirilməsi məqsədilə, Türkdilli DövlətlərTəşkilatının üzv-dövlətləri arasında malların daşınması zamanıelektron sənəd mübadiləsi və elektron sənədlərin qarşılıqlıtanınması üzrə saziş layihəsinin bağlanması məsələsini nəzərdənkeçirməyi təklif edirik. Bu təşəbbüsün təsdiqlənəcəyi və görüşünprokotoluna daxil ediləcəyi təqdirdə, biz belə bir layihənihazırlayıb baxılması üçün tərəflərə təqdim edəcəyik. Özbəkistandaimi dialoqa, aktiv fəaliyyətə hazırdır və uğurlu əməkdaşlıq üçünəlindən gələni əsirgəyəcək”,- deyə A.Mavlonov bildirib.

Seçilən
1
az.trend.az

1Mənbələr