Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Sadəcə bu sazişin həm region, həm də Azərbaycan-Ermənistan sülh prosesi üçün müəyyən mənfi nəticələri ola bilər. Düzdür, saziş bir hərbi alyans deyil, sadəcə münasibətlərin dərinləşməsini özündə ehtiva edir. Amma saziş çərçivəsində Ermənistan sərhədlərinə Amerikadan sərhədçi qruplarln gəlməsi və guya orda sərhəd mexanizmlərinin təkmilləşdirilməsinə yardım etməsi məsələsi problematik məsələdir. Çünki bu, birinci Azərbaycan-Ermənistan sülh prosesini ləngidə bilər. Azərbaycanın şərtlərindən biri də bu idi ki, Azərbaycan-Ermənistan şərti sərhədinə üşüncü tərəfin gücləri gəlməsin. İkincisi isə, bundan regional dövlətlər olan İran və Rusiya narahat olacaqdır. Aydın məsələdir ki, Amerika bu yolla öz təsir dairəsini artırmağa çalışır və əsas rəqibləri olan İran və Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına vəsilə olmaq istəyir. Bu da İranı və Rusiyanı narahat edən amildir. Hətta strateji tərəfdaşlıq sazişinin imzalanmasından bir neçə gün öncə İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın İrəvana gəlişinin əsas səbəbləri də məhz Ermənistan-ABŞ razılaşmasıdır. İran bununla bağlı əvvəldən məlumatlı olub və sözsüz ki, Ermənistana narahatlığını bildirməyə gəlmişdi. Belə olan təqdirdə Cənubi Qafqazın ümumi fonda regional təhlükəsizliyi və sabitliyi də təhdid altına düşə bilər".
Zeynəb Rzayeva