AZ

"Hər şeyi istehsal etməyə ehtiyac yoxdur, çünki..." - Ekspertdən MARAQLI YANAŞMA

"Azərbaycanda bir çox məhsul istehsal olunmur". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ölkəmizdə istehsalın çox olmamasının bir neçə səbəbi var:

"Üstəlik, onlar arasında obyektiv səbəblər də mövcuddur. Əslində, ölkə balaca olduğu üçün çox şey istehsal etmək də mümkün deyil. Hətta deyərdim ki, hər şeyi istehsal etməyə ehtiyac da yoxdur. Çünki nəyisə istehsal etmək onun qiymətini ucuz etmir. 

Ümumiyyətlə, bahalılıq özü də nisbi məsələdir. Məhsulun hansı ölkə ilə müqayisədə baha olduğuna baxmaq lazımdır. Amma ümumi olaraq bahadırsa, məhsulun qiymətinin o olduğunu qəbul etməliyik".

Ekspert vurğulayıb ki, bir çox məhsulu idxal etmək istehsaldan daha ucuz başa gəlir:

"Ona görə də istehsala deyil, idxala üstünlük verilir. Düzdür, Azərbaycanda istənilən istehsal üçün pul və texniki avadanlıqlar var. Bu, elə də mürəkkəb proses deyil. Ancaq ticarət imkanlarımız məhduddur. Yəni okeana çıxışımız yoxdur, ətrafımızdakı ölkələr ticarət baxımından yaxşı deyil. Ermənistanla ticari əlaqələrimiz yoxdur, İran və Rusiya isə sanksiya altındadır. Yəni regiondakı bazar olduqca balacadır".

366074

Mütəxəssis qeyd edib ki, belə vəziyyətdə istehsal olunan məhsul da daxil bazarda satılmalıdır:

"Böyük bazarlar olanda istehsal etmək sərf edir. Çünki istehsal investorlar hesabına qurulur. Lakin bəzən idxal zamanı məhsulun qiyməti baha olur. Nəzərə almaq lazımdır ki, son illərdə hər şeyin qiyməti bahalaşıb. Həmçinin, inflyasiya da var. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi də bütün sahələrə mənfi təsir edib. Bütün bunlar isə qiymətlərdə özünü göstərir".

Xalid Kərimli diqqətə çatdırıb ki, vətəndaşlar daha ucuz qiymətə xaricdən istənilən məhsulu sifariş edə bilərlər:

"Hökumət vətəndaşa güzəşt edib. Belə ki, fərdi onlayn sifarişlər vergidən azad olunub. Vətəndaşlar istənilən məhsulu xaricdən daha ucuz qiymətə sifariş edə bilərlər. Bunun üçün hansısa sahibkara ehtiyac yoxdur. İstənilən ölkədən onlayn şəkildə sifariş vermək mümkündür. 

Yəni bunun üçün vergi tətbiq olunmur. İndiki şəraitdə ölkədə qiyməti baha olan istənilən məhsulu xaricdən daha ucuz qiymətə sifariş etmək mümkündür".

Pərviz

Seçilən
11
12
hit.az

10Mənbələr