Hazırda Rusiyada yeni səfərbərliyə ehtiyac yoxdur.
Herbiand.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
“Təbii ki, bu gün yeni səfərbərlik dalğasına ehtiyac yoxdur”, - deputat bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri hər gün onlarla istiqamətdə irəliləyir. Kartapolov onu da bildirib ki, Rusiya Silahlı Qüvvələrinin sıralarına hər gün təxminən 1000 nəfər qoşulur.
Bəxtiyar CƏFƏRLİ