AZ

Macarıstan Türk Dövlətlərinin gömrük rəhbərlərinin görüşünün Budapeştdə keçirilməsini təklif edib

Bakı. Trend:

Macarıstan Budapeştdə Türkdilli Dövlətlər Təşkilatına üzv olandövlətlərin gömrük xidməti rəhbərlərinin toplantısını təşkil etməyitəklif edib.

Trend xəbər verirki, bunu Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasınınbeynəlxalq münasibətlər şöbəsinin rəis müavini Juja KeçkeşTürkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cuiclası çərçivəsində çıxışında bildirib.

Onun sözlərinə görə, Macarıstan bir çox istiqamətlərdə TDT-ninfəal iştirakçısına çevrilməyə can atır.

“Biz Budapeştdə TDT ölkələrinin gömrük administrasiyalarınınrəhbərlərinin görüşünü təşkil etmək istərdik. Belə ki, biz bununəməkdaşlığın möhkəmləndirilməsi üzrə növbəti addımların müzakirəsiüçün mükəmməl platforma olacağına inanırıq: ələlxüsus da gömrüyünmüasirləşdirilməsi, rəqəmsal ticarət və regional ticarətə dəstəkkimi istiqamətlərdə.

Qeyri-rəsmi sammitin də Macarıstanda təşkil olunacağını nəzərəalsaq, bu, onun gömrük orqanları rəhbərlərinin görüşü ilə üst-üstədüşməsi üçün əla fürsət ola bilər. Birgə işləməklə bizregionlarımızda daha sıx qarşılıqlı əlaqələri təmin edə və 21-ciəsrin çağırışlarına və imkanlarına daya yaxşı hazırlaşa bilərik”, -deyə J.Keçkeş bildirib.

Seçilən
3
az.trend.az

1Mənbələr