AZ

ABŞ ordusunun həkimi, 41 xəstəyə qarşı cinsi zorakılığa görə 13 il həbs cəzasına məhkum edilib

ABŞ

ABŞ ordusunun həkimi Maykl Stokin, 41 xəstəyə qarşı cinsi zorakılığa görə 13,6 il (164 ay) həbs cəzasına məhkum edilib. "Ulusum".az xəbər verir ki, bu barədə Stars and Stripes nəşri məlumat yayıb.Məlumata görə, Stokin hərbi klinikalarda xidmət göstərərkən xəstələrinə qarşı bir sıra qanunsuz və qeyri-etik hərəkətlər edib. O, müayinələr zamanı xəstələri cinsi xarakterli hərəkətlərə məruz qoyub, bu isə xəstələrin ciddi psixoloji travma almasına səbəb olub.Məhkəmə prosesi zamanı Stokinin əməlləri ilə bağlı 41 zərərçəkmiş ifadə verib. Onların bəziləri Stokinin davranışını "qorxunc" və "insan ləyaqətinə zidd" adlandırıb.Məhkəmədə prokurorlar həkimin peşəkar mövqeyindən sui-istifadə edərək xəstələrinin etimadını istismar etdiyini vurğulayıblar. Hakim qərarında bu cinayətlərin ağırlığını və cəmiyyətin belə hallara qarşı dözümsüz olduğunu xüsusi qeyd edib.ABŞ ordusu məsələ ilə bağlı açıqlama verərək, belə davranışların qəbulolunmaz olduğunu bildirib və hərbçilərin xidmət zamanı qanunlara və etik qaydalara riayət etməli olduğunu bir daha vurğulayıb.Səidə Mustafa

Diqqət Çəkənlər

«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb

Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib

Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir

Seçilən
8
ulusum.az

1Mənbələr