Türkiyə Respublikası Mərkəzi Bankı həfətəlik statistik hesabat yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir həftə əvvəlki göstəricilərlə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatı 2 milyard 514 milyon dollar artıb: "Hazırda bankı valyuta ehtiyatı tarixinin rekord həddinə - 160 milyard 447 milyon dollara çatıb".
Hesabatda Mərkəzi bankın qızıl ehtiyatının da artması qeyd edilib: "Yanvarın 10-dan əvvəlki həftə ilə müqayisədə Mərkəzi Bankın qızıl ehtiyatları 676 milyon dollar artaraq 65 milyard 345 milyon dollardan 66 milyard 21 milyon dollara qalxıb".
Samir Musayev
MİA.AZ