![Maka](https://1news.az/images/2025/01/16/20250116055632972/thumb.jpg?2025-01-16+17%3A57%3A41)
Xarici işlər naziri kimi ilk səfərimi Azərbaycana etməyim mənim üçün şərəfdir. Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstan üçün əhəmiyyətlidir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.
O qeyd edib ki, ölkələrimiz arasındakı əməkdaşlıq siyasi-iqtisadi münasibətlərdə yeni imkanlar yaradır.