Bakı. Trend:
BMT-nin Avropa İqtisadi Komissiyası Türkdilli DövlətlərTəşkilatına üzv olan dövlətlərin regionunda “E-TIR”ın tam olaraqgerçəkləşdirilməsinə demək olar ki, hazırdır.
Trend xəbər verirki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibininmüavini Dmitriy Mariyasin Türkdilli Dövlətlər Təşkilatınınüzv-dövlətlərinin gömrük xidməti rəhbərlərinin 10-cu toplantısınıngedişində bildirib.
“BMT-nin qlobal aləti olan TIR konvensiyasına bu yaxınlardaE-TIR proseduru əlavə olunub. Prosesi izləyənlər, bilirlər ki,E-TIR tətbiqinə icazə verən 11 saylı Əlavənin qəbulu uzun və çətinbir proses olub. Bununun üçün gömrük orqanları peşəkarlarının vəgeniş ictimaiyyətin əhəmiyyətlir səyləri tələb olunub. İndi isə bubütün üzv-dövlətlər üçün əlçatar olan qiymətli ictimai alətdir. BuBMT konvensiyalarının gələcəkdə necə olmalı olduğunun nümunəsidir:tam rəqəmsal və biznesin müasir reallıqlarını əks etdirən”,- deyə obildirib.
D.Mariyasin əlavə edib ki, BMT 11 saylı Əlavəni hazırladığıəsnada, biznes öz işini davam edib və bu müddət ərzində bir sıravacib dəyişikliklər baş verib.
“Gömrük orqanları və özəl sektor IRU tərəfindən effektiv şəkildəidarəolunan TIR Konvensiyasının faydalarından yararlanmağa davamedir. O əməliyyatların optimallaşdırılmasına, gözləmə müddətlərininazalmasına, resursların bölgüsünün yaxşılaşdırılmasına, vəsaitlərəqənaət etməyə və biznesin gəlirlərin artırmağa kömək edir. BizE-TIR-ın Türkdilli Dövlətlər Təşkilatı regionunda tam olaraq həyatakeçirilməsinə demək olar ki, hazırıq. Ancaq bunun üçün sonuncuaddımı atmaq tələb olunur. Biz E-TIR sistemlərinin tam funksionalolmasını istəyirik və hesab edirik ki, buna nail olmaq mümkündür.Bugün burada iştirak edən tərəfdaşlarla birgə səylərimiz sayəsindəbiz bunu artıq gələn il ərzində həyata keçirə bilərik”, -deyə ovurğulayıb.
Onun sözlərinə görə, milli gömrük sistemlərimom Avropa İqtisadiKomissiyasının idarəetdiyi E-TIR beynəlxalq sisteminə qoşulmasıvacibdir.
“Bunu gerçəkləşdirmənin bir neçə ssenarisi var, məsələn, hüququbaza, kibertəhlükəsizlik və texniki realizə ilə bağlı suallar.Bizdə bunun üçün (lazımı) alətlər və biliklər var və sizin aktiviştirakınızla biz bunu ən yaxın aylarda həyata keçirə bilərik. Bizeyni zamanda Türkdilli Dövlətlər Təşkilatını tədbirlər planındanişçi səviyyədə əlaqələndirmə platforması kimi istifadə etməyəçağırırıq.”, -deyə Mariyasin bildirib.