AZ

Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlıq müqaviləsi imzalayıb

Müqaviləni Ukrayna prezidenti Vladimir Zelenski və cümə axşamı hökumət başçısı kimi ilk dəfə Kiyevə gələn Böyük Britaniyanın baş naziri Kir Starmer imzalayıblar.

BBC yazır ki, saziş “Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi gücləndirmək və Rusiyanın davam edən təcavüzünün qarşısını almaq üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində ölkələr arasında hərbi əməkdaşlığı təşviq etməlidir”.

Sənəddə? həmçinin səhiyyə, kənd təsərrüfatı texnologiyaları, kosmos və dronlar kimi sahələrdə elmi və texnoloji tərəfdaşlığın inkişafı müzakirə edilir.

Müqavilə, eyni zamanda, Böyük Britaniya tərəfindən hazırlanmış taxılın yoxlanılması sxeminin (Rusiya tərəfindən işğal olunmuş ərazilərdən gələn taxılı izləmək üçün) işə salınmasını və Ukraynanın enerji sektorunda prioritet tərəfdaşı kimi Britaniyanın sementlənməsini nəzərdə tutur.

S.ELAY

XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr