AZ

"Norm OJSC" işçi axtarır - VAKANSİYA

Norm OJSC

Beton Laboratoriyası Laborantı

Son tarix 26 yan 2025 - [email protected]

İş yeri: Beton zavodu (Qarabağ-Əsgəran və Bakı)

Tələblər:

  • Orta təhsilli, texnikum məzunu, natamam ali təhsilli və ya kimya təmayüllü lisey məzunları;
  • Beton laboratoriyası üzrə analiz növləri haqqında biliklər;
  • Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
  • Davamlı inkişaf;
  • Bütövlük.

Vəzifə və Öhdəliklər:

  • Müştəriyə gedəcək olan bütün nümunələri götürmək, hazırlamaq və Keyfiyyətə Nəzarət Planına uyğun analizləri yerinə yetirmək;
  • Hovuz otağının təmizliyini və xidmətini yerinə yetirmək; temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
  • Rütubət dolabının təmizliyini, suyunun dəyişdirilməsini, temperaturunu və rütubətini tələb olunan dəyərdə olmasını təmin etmək;
  • Hər 30 gündə bir hovuz sularını dəyişdirmək, bunun qeydiyyatını aparmaq;
  • Bütün analizləri doğru ve etibarlı bir şəkildə  təlimatına uyğun yerinə yetirmək və nəticələrə nəzarət etmək;
  • Gələn nümunələri təlimatlarına uyğun olaraq hazırlamaq və təcrübələri yerinə yetirmək;
  • Lazımı və əksik vəsaitlərin, o cümlədən Beton laboratoriyasında istifadə olunacaq materialların miqdarını təqib etmək və bitməmişdən əvvəl xəbər vermək;  
  • Beton Laboratoriyası cihaz və ləvazimatlarının təlimatlara uyğun olaraq doğrulamasının icrası;
  • Texniki Dəstək Proseduruna əsasən analizlər üçün lazım olan hər cür məhlulu hazırlamaq;
  • Nümunələrin alınması vaxtı ortaya çıxan nöqsanlar haqqında məlumat təqdim etmək;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə planına uyğun hərəkət etmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Seçilən
4
fed.az

1Mənbələr