AZ

Zelenski Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxan 4 ölkənin adını açıqlayıb

Amerika Birləşmiş Ştatları, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın Şimali Atlantika Alyansına (NATO) daxil olmasına qarşı çıxdılar.

APA UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə keçirdiyi mətbuat konfransında deyib.

"ABŞ, Macarıstan, Slovakiya və Almaniya - onlar səmimi idilər və bizi NATO-da görmək istəmədilər. Bu, açıq söhbətdir. Mənə elə gəlir ki, burada heç bir sirr yoxdur. Bunlar həmin o dörd ölkədir ki, müxtəlif səbəblərə görə hələlik Ukraynanı NATO-da görmədilər.”, - deyə o bildirib.

Seçilən
13
2
apa.az

3Mənbələr