AZ

NATO sualtı kabelləri qorumağı mümkünsüz sayır

NATO

Sualtı kabelləri və boru kəmərləri şəbəkəsini Baltikyanı sabotajdan qorumaq mümkün deyil.

Reyting.az
xəbər verir ki, bunu AFP-yə müsahibəsində NATO-nun Kritik Dəniz İnfrastrukturunun Təhlükəsizliyi Mərkəzinin rəhbəri Nils Markussen bildirib.

Markussenin sözlərinə görə, kritik sualtı infrastruktura qarşı təxribat aktını tamdayandırmaq mümkünsüzdür.

Markussen əlavə edib ki, Alyansın infrastrukturu qorumaq üçün indiki səyləri bütün insidentlərin qarşısını almayacaq.

Qeyd edək ki, Baltik dənizi ilə həmsərhəd olan ölkələr son aylar sualtı infrastruktura, o cümlədən kommunikasiya kabelləri və kəmərlərə silsilə hücumlardan sonra müdafiələrini gücləndirməyə çalışırlar.

ELÇİN
Seçilən
7
1
reyting.az

2Mənbələr