Rejissor Devid Linç dünyasını dəyişib.Onun 78 yaşı var idi.
2024-cü ilin avqustunda Linç sağalmaz xəstəliyə tutulduğunu elan edib: ona ağciyər emfizeması diaqnozu qoyulub.
“İndi mən istəsəm də, istəməsəm də evdə qalmışam. Hazırki vəziyyətimdə soyuqdəymə olsa belə, çox pis olar”, rejissor həmin vaxt yazmışdı.
Devid Linç müəllif kinosunun klassiklərindən biridir. Onun filmlərinin xarakterik cəhətləri sürrealizmdir.
Linç geniş ictimaiyyətə ilk növbədə 1990-cı illərin əvvəllərində çıxan və teleserial sənayesinin gələcək inkişafına böyük təsir göstərən “Twin Peaks” televiziya serialının yaradıcısı kimi tanınır. 2017-ci ildə Linç serialın davamı olan “Twin Peaks: The Return” çəkib.
Linçin digər filmləri arasında arasında “Mulholland Drive”, “The Elephant Man”, “Blue Velvet” və “Lost Highway” var. Linç “Oskar”, “Qızıl Palma budağı” və “Qızıl Aslan” mükafatlarının laureatıdır.