Qrenlandiya hakimiyyəti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səs-küylü bəyanatları fonunda ABŞ-a qoşulmağa qarşı çıxıb. SİA xəbər verir ki, Qrenlandiyanın Biznes, Ticarət, Mineral Ehtiyatlar, Ədliyyə və Gender Bərabərliyi Naziri Naaya Nathanielsen bu barədə "The Washington Post" üçün rəy yazısında məlumat verib . “Baş nazirimizin açıq şəkildə qeyd etdiyi kimi, Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz Birləşmiş Ştatların bir hissəsi olmaq istəmirik. Biz nə danimarkalıyıq, nə də amerikalı”, - Nathanielsen bildirib. O əlavə edib ki, Nuuk Vaşinqtonla iqtisadi əməkdaşlığın genişləndirilməsinə müsbət baxır, bu, ərazinin mənimsənilməsini nəzərdə tutmur, lakin həm Qrenlandiya, həm də ABŞ-a fayda verə bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta