Qəzza zolağında atəşkəs razılaşmasının yekun variantı Qətərin paytaxtı Dohada imzalanıb.
Herbiand.az xəbər verir ki, bu barədə yanvarın 17-nə keçən gecə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Daha əvvəl, cümə axşamı axşam bu barədə məlumatı mənbələrə istinadən Amerikanın Axios portalı dərc edib. ABŞ və Qətər nümayəndələri də Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi haqqında saziş imzalayıblar.
Razılaşmanın qarantları ABŞ, Qətər və Misirdir.