Vladimir Putin ehtiyyatda olan rusiya vətəndaşlarının hərbi hazırlıq üçün çağırılması haqqında fərman imzalayıb.
Herbiand.az xəbər verir ki, sənəd Rusiya Federasiyasının hüquqi məlumatların rəsmi portalında cümə axşamı dərc edilib və dərc edildiyi gündən qüvvəyə minib.
Sənəddə "yalnız rəsmi istifadə" üçün nəzərdə tutulmuş bir neçə gizli bənd var. Mətndən nə qədər ehtiyatda olan hərbçinin və nə qədər müddətə çağırılacağı bəlli deyil.
TASS hərbi hazırlığın elanının illik planlaşdırılmış prosedür olduğunu bildirib. Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin səfərbərlik idarəsi regionların hərbi komissarlıqlarına göndəriləcək direktiv hazırlayacaq. Bundan sonra ehtiyatda olan vətəndaşlara çağırış vərəqələrinin paylanmasına başlanacaq.