AZ

Azadlıq iradəsini dünyaya nümayiş etdirən tarix- ÖZƏL

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı tarixinin ən faciəvi, lakin eyni zamanda ən şərəfli səhifələrindən birini yaşadı. Bu, azadlıq mübarizəsinin qırmızı qanla yazılan tarixi idi. "Qanlı Yanvar" kimi tanınan bu hadisə Sovet imperiyasının insan hüquqları və demokratiya prinsiplərinə zidd olaraq Azərbaycana qarşı törətdiyi ən ağır hərbi cinayətlərdən biri kimi yadda qaldı". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "20 Yanvar faciəsi Azərbaycan xalqının istiqlal və azadlıq uğrunda apardığı mübarizənin şərəfli bir səhifəsidir. Bu hadisələr Azərbaycan tarixində milli birliyin, milli kimliyin formalaşmasının və azadlıq ideallarının təcəssümüdür. Bu gün hər bir azərbaycanlı həmin günlərin ağrı-acısını unutmur və şəhidlərin xatirəsini böyük ehtiramla yad edir. Qanlı Yanvar yalnız bir faciə deyil, həm də Azərbaycan xalqının ləyaqətini və azadlıq iradəsini dünyaya nümayiş etdirdiyi bir tarixi dönüş nöqtəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr