AZ

Tramp məşhur ulduzlara vəzifə verəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Hollivudu “işığa qaytaracağını” və Amerika kino sənayesinin paytaxtında üç aktyoru — Mel Gibson, Con Voyt və Silvestr Stallone-ni öz səfirləri təyin edəcəyini vəd edib.

OLAY yazır ki, bu barədə o, özünün “Truth Social” adlı sosial şəbəkəsində bildirib.

Üç aktyor arasında ən gənci — 2004-cü ildə “Məsihin Ehtirasları” adlı məşhur filmdə İsa rolunu canlandıran Mel Gibson 69 yaşındadır. Yaxınlarda o, Hollivudda baş verən yanğında evini itirib. Trampın seçdiyi Hollivud ulduzlarının ən yaşlısı, Ancelina Colinin atası Con Voyt isə 86 yaşındadır. Buna baxmayaraq, o, kino sahəsində fəaliyyətini davam etdirir və 2023-cü və 2024-cü illərdə “Mərhəmət” və “Megalopolis” filmlərində rol alıb. Aktyor 1978-ci ildə “Evə qayıdış” filmində Luk Martin roluna görə “Oskar” mükafatı qazanıb. O, həmçinin 1999-cu ildə “Nuhun Gəmisi” filmində Nuh rolunu oynayıb.

78 yaşlı Silvestr Stallone isə “Rambo”, “Rokki” və “Krid” döyüş filmi seriyalarında baş rolları ilə tanınır. Aktyor həmçinin karyerasını davam etdirir və onun iştirakı ilə çəkilən son film — “Alarm” 16 yanvar 2025-ci ildə ekranlara çıxıb.

ABŞ-də Prezident seçkiləri 5 noyabrda keçirilib. Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp prezidentlik uğrunda mübarizə aparıb. Qalib gəlmək üçün namizədlərdən biri 270 seçici səsləri toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

Seçilən
1
olay.az

1Mənbələr