ABŞ-ın təkmilləşdirilmiş B-52J “Stratofortress” strateji bombardmançıları yeni mühərriklərlə gücləndirilir. F130 mühərriki artıq mühüm yoxlanış mərhələsini tamamlayaraq kritik dizayn sınaqlarından keçib.
Herbiand.az bildirir ki, bu barədə The National Interest məlumat yayıb.
Yeni mühərriklər B-52J təyyarəsini əvvəlki modifikasiyalardan fərqləndirəcək. Lakin, modernləşdirmə proqramı qrafikdən təqribən üç il geri qalır.
Yeni mühərriklər yanacaq səmərəliliyini artırmalı, diapazonu artırmalı, karbohidrogen emissiyalarını azaltmalı və texniki xidmət xərclərini əhəmiyyətli dərəcədə azaltmalıdır. B-52J bundan əlavə, təkmilləşdirilmiş radar stansiyası və pilotların kabinəsində müasir displeylər alacaq. Təyyarənin Hypersonic Attack Cruise Missile səsdən sürətli raketin daşıyıcısına çevrilə biləcəyi güman edilir.
ABŞ Hərbi Hava Qüvvələrində təxminən 70 B-52H “Stratofortress” bombardmançı təyyarəsi var.
Bəxtiyar CƏFƏRLİ