AZ

Müftinin videosu ölkəni çalxalayır: “Çoxarvadlılıq fətvasının ləğvi qorxaqlıqdır”

Rusiyalı müfti Şamil Alyautdinovun çoxarvadlılıqla bağlı fətvanın ləğvinə kəskin reaksiyasını əks etdirən videosu yayılıb. 

“Cebheinfo.az” xəbər verir ki, videonu “Tsargrad” telekanalı “Telegram”-da yayımlayıb.

Kadrlarda Alyautdinov fitvanın ləğvinə sərt reaksiya verir. O, yarım dəqiqəlik video boyu əlini masaya çırpır və bədəninə bərkidilmiş mikrofona baxmayaraq səsini qaldırır.

Müfti fətvanın müsəlman ailələrində davamlılığı qorumaq məqsədi daşıdığını bildirib. O, özünü müsəlman kimi tanıtmayan qadınların övladlarını müsəlman ənənəsində böyütməyəcəyinə diqqət çəkib. 

“Sizin övladlarınız artıq müsəlman olmayacaq. Heç kimin bunu deməyə cəsarəti çatmadı”,- deyə Alyautdinov qışqıraraq əlavə edib.

2024-cü ildə Müsəlmanların Ruhani İdarəsi çoxarvadlılığa icazə verən fətva verib. Onlar qərarlarını digər məsələlərlə yanaşı, xüsusi əməliyyat iştirakçılarının dul arvadlarının qayğısına qalmaqla izah ediblər. Baş Prokurorluq onun ləğv edilməsini tələb etdikdən sonra fətva geri götürülüb.

Seçilən
0
cebheinfo.az

1Mənbələr